Nəqliyyat tariflərində baş verən dəyişikliklər

Nəqliyyat tariflərində baş verən dəyişikliklər
  24 Yanvar 2014    Oxunub:1051
Nəqliyyat tariflərində bir sıra dəyişikliklər baş verib.
2013-cü ilin dekabrında nəqliyyat və poçt tarifləri indeksi noyabr ayına nisbətən 0,3 faiz artıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,7 faiz aşağı düşüb. Eyni zamanda, rabitə tarifləri noyabr ayı ilə müqayisədə 6,5 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1,4 faiz ucuzlaşıb.

AzVision.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, ötən ilin dekabr ayında dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 16,9 faiz bahalaşıb.

Hava nəqliyyatında sərnişindaşıma tarifləri MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 3,5 və 8,9 faiz bahalaşmış, yükdaşıma tarifləri isə eyni səviyyədə qalıb.

Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3 faiz bahalaşıb, yükdaşıma tarifləri isə dəyişməyib. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tariflərində dəyişiklik baş verməyib.


Teqlər:





Xəbər lenti