Kollecin müəllimi özünü binadan atdı

Kollecin müəllimi özünü binadan atdı
  18 Mart 2013    Oxunub:1495
Azərbaycanda müəllim intihar edib.
Hadisə bu gün Sumqayıt şəhərində qeydə alınıb. Sumqayıt şəhər sakini Zakir Məmmədov yaşadığı beş mərtəbəli binanın damından özünü atıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Polisdən həmçinin bildirilib ki, Z.Məmmədov Sumqayıt Dövlət Texniki Kollecində müəllim işləyib.

Bir müddət əvvəl o, əsəblərində problemlər yarandığı üçün işindən ayrılıb. Onun intihar etməsinə də psixi pozğunluğunun səbəb olduğu bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.(apa)


Teqlər:





Xəbər lenti