Biri telefona, digəri qızdırmaya görə imtahana buraxılmadı

  14 Avqust 2020    Oxunub : 4019
   Biri telefona, digəri qızdırmaya görə imtahana buraxılmadı
II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Həmçinin, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Qeyd edək ki, imtahanlar 19 şəhər və rayonda təşkil olunub.

Azvision.az

Teqlər: DİM   İmtahan