Eldar Əliyevin nəşi İtaliyadan Azərbaycana gətiriləcək

   Eldar Əliyevin nəşi İtaliyadan Azərbaycana gətiriləcək
  12 Avqust 2020    Oxunub:12293
Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Mədəniyyət Nazirliyindən Azvision.az -a bildirilib ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub.

“Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində vəfat edib.

Azvision.az


Teqlər: Mədəniyyət   İtaliya   Opera  





Xəbər lenti