Ermənistana Livandan 100-dən çox erməni gətirildi

 Ermənistana Livandan 100-dən çox erməni gətirildi
  12 Avqust 2020    Oxunub:2043
100-dən çox erməni mənşəli şəxs Livandan Ermənistana gətirilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, Livana humanitar yardım aparan təyyarələrlə Ermənistana 100-dən çox erməni gəlib.

Paşinyan qeyd edib ki, iki təyyarə daha öncə, üçüncüsü isə bir neçə saat əvvəl hava limanına enib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti