Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ü keçdi

Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ü keçdi
  11 Avqust 2020    Oxunub:1735
Ermənistanda son sutka ərzində daha 160 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 40 593 nəfərə çatıb.

Son sutkada 7 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 803 nəfər olub.

İndiyədək 33 157 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 234 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti