İmtahanda 2 nəfər maksimum bal topladı

  İmtahanda 2 nəfər maksimum bal topladı
  11 Avqust 2020    Oxunub:4397
Xəbər verdiyimiz kimi, 11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, imtahanlarda iştirakı nəzərdə tutulan 20 034 nəfərdən 2 173 nəfər imtahana gəlməyib, 5 nəfər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Xırdalan şəhəri, 2 saylı tam orta məktəbin cari il məzunu və Lənkəran şəhəri, 10 saylı tam orta məktəbin 2019-cu il məzunu maksimal olan 300 bal toplayıb. 23 nəfər isə 297.1 bal toplaya bilib.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti