Koronavirusa görə imtahan verə bilməyənlərin taleyi necə olacaq? - RƏSMİ

 Koronavirusa görə imtahan verə bilməyənlərin taleyi necə olacaq? -    RƏSMİ
  09 Avqust 2020    Oxunub:11888
Azərbaycanda 13-14 avqust tarixlərində II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Bəzi abituriyentlər koronavirusa yoluxma səbəbindən qəbul imtahanlarında iştirak edə bilməyəcəklər. Bəs, onların taleyi necə olacaq? Həmin abituriyentlərə yenidən şans veriləcəkmi?
Azvision.az bu suallara cavab tapmaq üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxlayıb.

DİM rəsmisi bildirib ki, buraxılış və yeni qəbul imtahanlarının birinci mərhələsi bir neçə istiqamət üzrə keçirilirdi deyə, üzrlü səbəbdən bu imtahanlarda iştirak edə bilməyənlər üçün növbəti imtahan günlərində şərait yaradıldı və onlar gəlib imtahan verdilər.

Qəbul imtahanlarına gəlincə, qurum rəsmisi deyib: "Qəbul imtahanlarının ikinci mərhələsi yalnız bir dəfə keçiriləcək. Bu proses zəncirvari şəkildə davam edə bilməz. 10 minlərlə insan imtahanda iştirak edir və onların nəticələri dərhal emal olunmalıdır ki, ixtisas seçimi etsinlər və müsabiqə keçirilsin".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti