“Könüllünün öz/əl kitabı” elektron versiyada

“Könüllünün öz/əl kitabı” elektron versiyada
  09 Avqust 2020    Oxunub:9351
Könüllülük fəaliyyəti cənab Prezident İlham Əliyevin diqqəti ilə yeni və müasir trendlər əsasında inkişaf edir. Azərbaycan dövlətinin apardığı siyasət könüllülük fəaliyyətinin inkişafını tam dəstəkləyir, təşviq edir. Məhz bu səbəbdəndir ki, yeni nəsl kadrların formalaşmasında, gənclərin məşğulluğunun artırılmasında könüllülük fəaliyyəti mühüm yer tutur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.

Könüllülük ilinə töhfə vermık məqsədi ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə “Könüllünün öz/əl kitabı” “Könüllülər ili”nə töhfə vermək məqsədilə 13.000 tirajla nəşr edilib yayılıb.

Hüquq üzrə fəlsəfə doktoru, dosent, biznes inkişaf yazarı Nadir Adilmanın müəllifi olduğu bu kitab gənclər, könüllülər və eyni zamanda bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün daha əlçatan və daha geniş auditoriyaya təqdim olunması məqsədi ilə ilə Prezident Kitabxanasının E-kitablar bölməsində elektron versiyada yerləşdirlib.

Qeyd edilən kitabı bu keçiddən https://azvision.az/redirect.php?url=http://www.ebooks.az/book_RktYb5zO.html həm oxumaq və həm də yükləmək mümkündür.

Azvision.az


Teqlər: Könüllü  





Xəbər lenti