Bakıda üçmərtəbəli binada yanğın olub

Bakıda üçmərtəbəli binada yanğın olub
  08 Avqust 2020    Oxunub:3334
Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 3600 m² olan üçmərtəbəli binanın xarici divarına vurulan alkopandan ibarət üzlük 100 m² sahədə və yol kənarında təkər tullantıları 150 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti