Lukaşenkonun virusla mübarizə metodu: Hər gün araq və sauna

Lukaşenkonun virusla mübarizə metodu:  Hər gün araq və sauna
  08 Avqust 2020    Oxunub:4848
"Xəstələndiyimi bilmirdim, hətta ağlımın ucundan keçirməzdim, çünki daim ora-bura qaçırdım".
Azvision.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşeno iyul ayında koronavirusa yoluxmasından danışarkən deyib. Dövlət başçısı bildirib ki, onu virusa qəsdən yoluxdurublar.

Lukaşenko ölkəsinin heç vaxt koronavirusun mövcudluğunu inkar etmədiyini və epidemiyaya əvvəldən böyük diqqətlə yanaşdığını söyləyib.

Onun sözlərinə görə, koronavirusa qarşı ən təsirli üsullardan biri hər gün 40-50 qram spirt qəbul etmək və həftədə bir neçə dəfə saunaya getməkdir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Belarus  





Xəbər lenti