24 cinayətin üstü “isti izlər”lə açılıb

24 cinayətin üstü “isti izlər”lə açılıb
  08 Avqust 2020    Oxunub:2970
Ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü respublikanın daxili işlər orqanları “isti izlər”lə açıblar .
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Polis  





Xəbər lenti