61 vakant vəzifə üzrə müsahibə keçiriləcək

61 vakant vəzifə üzrə müsahibə keçiriləcək
  07 Avqust 2020    Oxunub:4119
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 28-də, iyunun 2-də və 19-da elan edilən ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən olunub.
DİM-dən Azvision.az -a bildirilib ki, qeyd olunan elanlar üzrə 15 dövlət orqanında mövcud olan 61 vakant vəzifə üzrə 61 yer ümumi müsahibəyə çıxarılıb. Elanlara çıxarılan vəzifələr üzrə 230 müsahibənin keçirilməsi planlaşdırılır.

Yüksək müsabiqə vəziyyətinin müşahidə olunduğu vəzifələr Dövlət Statistika Komitəsi, İnsan resursları və hüquq şöbəsi, İnsan resurslarının idarə edilməsi sektoru, məsləhətçi (1 vakant yer üzrə 41 namizəd) və Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Səhiyyə sahələrinin auditi sektoru məsləhətçi (1 vakant yer üzrə 25 namizəd) vəzifələridir.

Müsahibələrin 12 avqust – 10 sentyabr 2020-ci il tarixlərində onlayn keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçən namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/dqq/Report/MsbMshQrafikiList) linki vasitəsilə əldə edə bilər.

Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. İştirakçılar tibbi maska taxmalıdırlar.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti