Azərbaycan kredit üçün beynəlxalq qurumlara müraciət etməyib

  Azərbaycan kredit üçün beynəlxalq qurumlara müraciət etməyib
  05 Avqust 2020    Oxunub:2588
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü siyasət ölkəmizdə lazımi həcmdə ehtiyatların yaradılmasını təmin edib.
Azvision.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, bu gün biz başqa dövlətlərdən fərqli olaraq beynəlxalq maliyyə qurumlarından kredit almaq üçün müraciət etmirik:

"Bu, həmin siyasətin nəticəsidir. Cari ildə mövcud vəziyyətlə əlaqədar Neft Fondunun gəlirləri azalacaq. Lakin əvvəlki 3 aydan fərqli olaraq Neft Fondunun ehtiyatları praktiki olaraq eyni səviyyəyə qayıdıb. İqtisadiyyata bu gün müvafiq maliyyə dəstəyi verilməlidir ki, mənfi təsirləri azalda bilək. Bu dəstəyin verilməsi olduqca vacibdir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Samir-Şərifov   Nazir  





Xəbər lenti