“Büdcəyə yenidən baxılması zəruri idi” - Spiker

  “Büdcəyə yenidən baxılması zəruri idi” -    Spiker
  05 Avqust 2020    Oxunub:2859
“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neft qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Sədr Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib: “Bununla əlaqədar layihələr Milli Məclisə daxil olub”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Spiker  





Xəbər lenti