Neft Fondu iyulda 515,5 milyon dollar satıb

Neft Fondu iyulda 515,5 milyon dollar satıb
  04 Avqust 2020    Oxunub:3031
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən iyul ayı ərzində valyuta hərraclarında 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Azvision.az -a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Məlumata əsasən, iyulda valyuta satışında iyun ayı ilə müqayisədə 38% artım qeydə alınıb. Belə ki, 2020-ci ilin iyun ayı ərzində ARDNF tərəfindən 373,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Azvision.az



Teqlər: ARDNF  





Xəbər lenti