Xəzər TV-nin məşhur aparıcısı xəstəxanada

Xəzər TV-nin məşhur aparıcısı xəstəxanada
  22 Yanvar 2014    Oxunub:1836
Xəzər TV tanınmış aparıcılarından olan Hacı Nuran Hüseynov hazırda Almaniyanın Dusseldorf şəhərində yerləşən Uniklinikada müalicəsinə davam edir. Klinikanın onkologiya şöbəsində müalicə alan tele-aparıcı bu gün xəstəxana palatasında çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.

AzVision.az xəbər verir ki,aparıcı ona dəstək verdiklərinə görə hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist müalicə üçün bir müddət öncə Almaniyaya yola düşmüşdü. Şəkildən də göründüyü kimi, Hacı Nuranın müalicəsinin gedişi ilə bağlı nikbinlik yaranıb.

Allah şəfa versin.


Teqlər:  





Xəbər lenti