Məktəblərin açılması müzakirə edilir - RƏSMİ

Məktəblərin açılması müzakirə edilir -    RƏSMİ
  03 Avqust 2020    Oxunub:6475
Məktəblərin yeni tədris ilində açılması müzakirə edilir. Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub ki, təhsil və tibbi mütəxəssislərlə birlikdə məktəblərin yeni tədris ilində açılması müzakirə edilsin. Bu müzakirələr davam etdirilir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

H.Hacıyev qeyd edib ki, onlar tərəfindən qeydlər və təkliflər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq: “Burada digər ölkələrin təcrübələrinə müraciət edilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Karantin  





Xəbər lenti