Əfqanıstanda 700 məhbus həbsdən qaçmaq istədi - 20 nəfər öldü

  03 Avqust 2020    Oxunub : 2377
Əfqanıstanda 700 məhbus həbsdən qaçmaq istədi -  20 nəfər öldü
Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində həbsxanalardan birinə edilən hücum nəticəsində ən azı 20 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə 1TV kanalı mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl TOLOnews telekanalı hadisə nəticəsində 5 nəfərin ölməsi və 42 nəfərin yaralanması barədə xəbər verib.

Bomba yüklü avtomobil Cəlalabad həbsxanasının yaxınlığında partladılıb. Silahlı şəxslər partlayışdan sonra həbsxanaya daxil olublar. Toqquşmalar bazar ertəsi səhər saatlarına qədər davam edib, yaraqlılardan beşi zərərsizləşdirilib. Həbsxanadan qaçmağa cəhd edən 700 məhbus saxlanılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Əfqanıstan   hücum