Hindistanda COVID-19-a yoluxmada yeni rekord

  01 Avqust 2020    Oxunub : 3676
Hindistanda COVID-19-a yoluxmada yeni rekord
Hindistanda son sutka ərzində 62 min 437 nəfər koronavirusa yoluxub, 764 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 1 milyon 701 min 307 nəfərə çatıb, indiyədək 36 min 511 pasiyent pandemiyanın qurbanı olub.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan   virus