Pandemiya qurbanlarının sayı 683 mini keçdi

  01 Avqust 2020    Oxunub : 2930
Pandemiya qurbanlarının sayı 683 mini keçdi
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 17 milyon 759 min 593, pandemiya qurbanlarının sayı isə 683 min 20 nəfərə çatıb.

İndiyədək 11 milyon 162 min 902 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Karantin