Keçmiş müşavirdən Müsavata sərt cavab

Keçmiş müşavirdən Müsavata sərt cavab
  21 Yanvar 2014    Oxunub:860
“Mən Müsavatdan istefa verəndən sonra AŞ PA-dan Müsavat Partiyasına təqdim olunacaq heç bir informasiya almamışam. Mənə Müsavata çatacaq heç bir məktub gəlməyib. İstefa verdiyim qurum üçün işləmirəm”.
Bu sözləri AzVision.az-a açıqlamasında Müsavat partiyasının başqanı İsa Qəmbərin keçmiş müşaviri Yeganə Hacıyeva haqqında deyilən iddiaları şərh edərkən deyib. Keçmiş müşavir vurğulayıb ki, onun istefası beynəlxalq qurumlara məlumdur:

“Beynəlxalq təşkialtların Azərbaycandakı nümayəndələri buradakı siyasi prosesləri diqqətlə izləyirlər. Mənim istefam bir ay bundan öncə olub və bütün medai orqanlarında, saytlarda bu barədə məlumat yayıb. Beynəlxalq təşkilatlara da məlumdur ki, mən Müsavat Partiyasının xarici məsələlər üzrə müşaviri deyiləm. Məntiqlə yanaşsaq beynəlxalq təşkialtların mənə müraciət etməyə əsası yoxdur”.

Qeyd edək ki, Müsavat partiyası iddia edir ki, AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərləri ilə keçirdiyi görüşlə bağlı dəvət partiyanın keçmiş üzvü Yeganə Hacıyevaya daxil olub və o da bu barədə partiyaya məlumat verməyib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti