Sumqayıt Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan etdi

Sumqayıt Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan etdi
  28 İyul 2020    Oxunub:5095
Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi 2020/2021-ci tədris ili üçün tələbə qəbulunu açıqlayıb.
Azvision.az xəbər verir ki, peşə təhsil mərkəzi yeni tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

- Torna və frezer dəzgahların operatoru

- Proqramla idarə olunan dəzgahların operatoru

- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

- Sənayedə quraşdırma işləri üzrə usta

- Veb dizayner və proqram təminatçısı

Təhsil müddəti 1 ildir.

Qəbul müsahibə yolu ilə həyata keçiriləcəkdir.

Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

Sənədlərin qəbulu 15 avqust 2020-ci il tarixinədək Elektron qəbul sistemi (https://bit.ly/300YIef) vasitəsilə aparılacaqdır.

Əlavə məlumat üçün:

Telefon: +994 12 488 80 65 (daxili 700 və 120)

E-poçt: [email protected]

Azvision.az


Teqlər: Sumqayıt  





Xəbər lenti