353 nəfər imtahana gəlmədi, 7-nin nəticəsi ləğv olundu

 353 nəfər imtahana gəlmədi, 7-nin nəticəsi ləğv olundu
  24 İyul 2020    Oxunub:3520
Xəbər verdiyimiz kimi, 11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, imtahanlarda iştirakı nəzərdə tutulan 9 180 nəfərdən 353 nəfər imtahana gəlməyib.

Qaydalarını pozduğu üçün 7 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Qeyd edək ki, imtahanlarda şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti