8 azərbaycanlı gənc Latviyanın təqaüdünə layiq görüldü

8 azərbaycanlı gənc Latviyanın təqaüdünə layiq görüldü
  23 İyul 2020    Oxunub:3220
Azərbaycan və Latviya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2020-2021-ci tədris ili Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqə nəticəsində 8 azərbaycanlı gənc bu ölkənin təqaüdünə layiq görülüb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 27 ölkə üzrə ən çox təqaüd əldə etmiş 10 ölkə arasında Azərbaycan 8-ci yerdədir.

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Riqa Texniki Universiteti, Latviya Universiteti, Vidzeme Tətbiqi Elmlər Universiteti, Stradınya adına Riqa Universiteti, və Turiba Universitetində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan fevralın 14-də verilib.

Azvision.az


Teqlər: Tələbə   Təqaüd  





Xəbər lenti