“Kino sənətində silinməz izlər” buraxan fədakar veteran - VİDEO

 “Kino sənətində silinməz izlər” buraxan fədakar veteran -    VİDEO
  23 İyul 2020    Oxunub:13825
Azərbaycan kinosunun fədakar veteranı, Əməkdar mədəniyyət işçisi (2008), fotoqraf-rəssam Pərviz Əsəd oğlu Quliyev barəsində sənədli film çəkilib.
Azvision.az xəbər verir ki, P.Quliyevin keçdiyi mənalı həyat və zəngin yaradıcılıq yolundan bəhs edən film “Kino sənətində silinməz izlər” adlanır.



Görkəmli rejissorlar, Xalq artistləri Oqtay Mirqasımov və Ramiz Həsənoğlu, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkar haqqında ürək sözlərini dilə gətirəcəklər. Filmdə veteran kino xadimlərinin xatirələri də səslənəcək. Filmin müəllifi Əməkdar jurnalist Salar Aslanov, rejissoru Sənan Sultanovdur.

Fotoqraf-rəssam Pərviz Quliyev 19 yanvar 1942-ci ildə Bakıda anadan olub. 1961-ci ildən etibarən “Azərbaycanfilm” Kinostudiyasında laborant, daha sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb. 1967-ci ildən isə foto sexinə rəhbərlik edib. Dəfələrlə keçmiş SSRİ məkanında keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi tərənnüm edən fotostendlərin tərtibatçısı olub. Ölkəmizin korifey kinorejissorlarının quruluş verdiyi 50-dən artıq bədii, sənədli, elmi-kütləvi filmlərə fotoqraf-rəssam kimi tərtibat verib.

“Kino sənətində silinməz izlər” sənədli filminin premyerası iyulun 25-də saat 21:00-da “Mədəniyyət” kanalında baş tutacaq.

Azvision.az


Teqlər: Mədəniyyət-TV  





Xəbər lenti