İyulun 13-18-də virtual olaraq 54-cü Mendeleyev Beynəlxalq Kimya Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, 27 ölkədən məktəblilərin qatıldığı bu bilik yarışında Azərbaycan şagirdləri də iştirak edib və yeni uğura imza atıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Xanım Yaqublu olimpiadanın gümüş, həmin liseyin 11-ci sinif şagirdi Əjdər Fərzullazadə isə bürünc medalına layiq görülüblər.