“Dərslər sentyabrın 15-də başlamaya bilər” - Məleykə Abbaszadə

“Dərslər sentyabrın 15-də başlamaya bilər” -  Məleykə Abbaszadə
  17 İyul 2020    Oxunub:6929
Bu ali məktəbə qəbul olanlar üçün dərslər sentyabrın 15-dən başlamaya bilər.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu tarixə qədər ali məktəblərə qəbulun birinci mərhələsi başa çatsa da, boş qalan yerlərə yerləşdirmə bir müddət çəkə bilər.

"Magistraturaya qəbul prosesini sentyabrın 15-ə qədər bitirəcəyik. Həmçinin orta ixtisas məktəblərinə qəbul olmaq istəyən 9-cu siniflərin də qeydiyyatı bu tarixə qədər yekunlaşacaq və onlar dərslərə başlaya biləcəklər".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti