4 minə yaxın şəxs imtahanda iştirak edə bilməyib

4 minə yaxın şəxs imtahanda iştirak edə bilməyib
  17 İyul 2020    Oxunub:3786
Bu günə qədər 143 min nəfərdən 3800-ü müəyyən səbəblərə görə, daha çox səhhətlərində olan problemlərə görə imtahanda iştirak etməyib.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin şəxslərin arasında aliı məktəblərə və orta ixtisas məktəblərinə sənəd verənlər də var.

"Tibbi səbəblərə görə, bu imtahanda iştirak etməyənlərin ərizələri yoxlanılır və indiki statusu, yəni karantində olub-olmaması yoxlanılır ki, 4 günə ixtiyarı olan insanları yerləşdirə bilək".

M.Abbaszadə bildirib ki, imtahan cədvəlləri yaxın 2 gün ərzində bilinəcək.

Azvision.az


Teqlər:





Xəbər lenti