DİM imtahan keçirmək üçün Operativ Qərargahdan icazə istədi

  DİM imtahan keçirmək üçün Operativ Qərargahdan icazə istədi
  17 İyul 2020    Oxunub:3591
İyunun 10-dan başlayaraq iyulun 10-a qədər 1 ay ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən 143 min tələbə və şagird üçün imtahan təşkil edilib. Bu imtahanların nəticələrinin hamısı təxminən elan edilib. 120 min nəfər öz nəticələrini əldə edib, digərləri bu həftə açıqlanacaq.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, növbəti həftə Operativ Qərargahdan sərt karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahan keçirmək üçün icazə istənilib.

“23-24 iyul tarixlərində imtahanlarda 60 min şagirdin iştirak edəcəyi planlaşdırılır. 24-25 iyun tarixlərində təxirə salınmış rayonların imtahanları bu tarixdə keçiriləcək. Həmçinin imtahan keçirilməyən rayonların kontingenti də bura daxil ediləcək".

Azvision.az




Teqlər:





Xəbər lenti