24 azərbaycanlı Çində təhsil alacaq

24 azərbaycanlı Çində təhsil alacaq
  17 İyul 2020    Oxunub:3152
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 24 nəfər Azərbaycan Respublikası vətəndaşı 2020-2021-ci tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 24 nəfər bu ölkənin “Peking University”, “China University of Petrolium-Beijing”, “University of Science and Technology Beijing”, “Yanshan University”, “Xiamen University”, “Tsingua University” kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (4 nəfər), magistratura (18 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.

Müvafiq təqaüd proqramı barədə elan cari ilin 28 noyabr tarixində verilib.

Azvision.az



Teqlər: Çin   Təhsil  





Xəbər lenti