Koronavirusdan sağalanların sayı 17 mini keçdi - RƏSMİ

  16 İyul 2020    Oxunub : 3159
Koronavirusdan sağalanların sayı 17 mini keçdi -     RƏSMİ
Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8 575 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti   Koronavirus