MN: “Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur”

     MN:   “Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur”
  16 İyul 2020    Oxunub:4364
Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bölmələrimizin guya təxribat törətmək cəhdi və Ermənistanın Aygepar, Movses kəndlərinin bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.
Vaqif Dərgahlı Azvision.az -a bildirib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır:

"Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.

Azvision.az


Teqlər: MN   Bölmə  





Xəbər lenti