Putin hələ məzuniyyətə çıxmaq istəmir

  15 İyul 2020    Oxunub : 2120
Putin hələ məzuniyyətə çıxmaq istəmir
Rusiya Prezidenti Vladimir Putin məzuniyyətə çıxmağa hazırlaşmır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya rəhbərinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, hazırda Putinin iş qrafiki kifayət qədər doludur.

Peskov özü də hələ məzuniyyətə çıxmağa hazırlaşmadığını bildirib.

"Şəxsən mənə gəlincə, hələ planlar qurmamışam, mümkün olsa, mütləq tətilə gedəcəyəm. Tətilə çıxmaq lazımdır",- deyə Peskov söyləyib.

Şahanə Rəhimli

Azvision.az

Teqlər: VladimirPutin