Bu il 102 məktəb binası istifadəyə veriləcək

  14 İyul 2020    Oxunub : 2771
Bu il 102 məktəb binası istifadəyə veriləcək
Bu ilin sonuna kimi Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.

Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, FüzuliAğdamda quraşdırılması nəzərdə tutulub.

Azvision.az

Teqlər: Məktəb