İlham Əliyev konfransa qatıldı

İlham Əliyev konfransa qatıldı
  18 Mart 2013    Oxunub:1249
Martın 18-də Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfrans işə başlayıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.

BMT-nin, Azərbaycan hökumətinin və İSESCO-nun təşkilatçılığı ilə keçirilən konfransda dövlətimizin başçısı açılış nitqi söyləyib.

Sonra BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov çıxış edib. Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edib.

Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edirlər.

Beynəlxalq konfrans martın 19-da başa çatacaq.


Teqlər:  





Xəbər lenti