Kubalı həkimlər Azərbaycana yola düşdü

  13 İyul 2020    Oxunub : 2755
Kubalı həkimlər Azərbaycana yola düşdü
Koronavirus pandemiyası ilə mübarizə tədbirləri ilə əlaqədar bir qrup həkim Kubadan Azərbaycana yola düşüb.
Azvision.az xəbər verir ki, ölkəmizə gələn heyətə 115 tibb mütəxəssisi daxildir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdi ki, Kubanın dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası zamanı bu ölkənin mütəxəssisləri öz sözlərini deyiblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AzərbaycanPrezident