Təhsil Nazirliyindən dərslərlə bağlı yeni açıqlama

   Təhsil Nazirliyindən dərslərlə bağlı yeni açıqlama
  11 İyul 2020    Oxunub:7309
Onlayn təhsil nə qədər yaxşı görünsə də, üzbəüz təhsilin yerini vermir. Biz bununla bağlı ilk dövrdə Təhsil Nazirliyi olaraq onlayn platformanın yaradılmasını təşkil etdik və bütün universitetlər buna qoşuldu.
Azvision.az verir ki, bunu Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, ayrı-ayrı universitetlər müvafiq bazaları olduğu üçün bu vəziyyətdən çıxa bilsə də, bəzilərində hələ görüləsi işlər var.

"Qanunvericilik bazasının yaradılması, onlayn əsaslı kurikulumların daha səmərəli formada dövriyyəyə gəlməsi, müəllimlərin bu cür təlimlərdən keçərək onlayn alətlərdən istifadə etməsi vacib məsələdir. Biz təəssüf ki, bəzi müəllimlərin onlayn platformadan istifadə edə bilmədiyini müşahidə etdik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Dərs  





Xəbər lenti