1565 müəllim iş yerini dəyişdi

 1565 müəllim iş yerini dəyişdi
  09 İyul 2020    Oxunub:4414
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müsabiqənin elektron yerləşdirmə mərhələsində uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra 1565 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndərilib.

Müsabiqədə uğur qazanan şəxslər tələb olunan sənədləri sentyabr ayının 1-dək (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli, 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Ümumilikdə 10068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib.

Azvision.az


Teqlər: Müəllim   Təhsil   Nazirlik   İş  





Xəbər lenti