Oğuza istirahətə gedənlər cərimələndi

Oğuza istirahətə gedənlər cərimələndi
  09 İyul 2020    Oxunub:2874
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçrilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərində, gündəlik kirayə evlərdə və hotellərdə keçirilən reyd zamanı icazələri olmadan, qaydaları pozaraq sərtləşdirilmiş karantin rejimi elan edilən rayonlardan Oğuza gələrək istirahət edən şəxslər müəyyən edilib.

Onların barələrində qanunauyğun tədbirlər görülüb.



Azvision.az


Teqlər: Oğuz   Karantin  





Xəbər lenti