Subbakalavrların ərizə qəbulu sabah başa çatır

Subbakalavrların ərizə qəbulu sabah başa çatır
  09 İyul 2020    Oxunub:2075
Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, bu gün saat 15:20-dək elektron ərizələr verən subbakalavrların sayı 18013-dür. Təsdiq olunan elektron ərizələrin sayı isə 16143-dür.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu iyunun 1–dən başlanılıb. Elektron ərizə qəbulu sabah saat 23:59-da başa çatacaq. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti