İki piyada yol qəzasının qurbanı oldu

İki piyada yol qəzasının qurbanı oldu
  09 İyul 2020    Oxunub:1667
İyulun 8-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Səmədzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Cavid Ağaməmmədovu vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa, iyulun 8-də saat 2 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Roman Aslanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti