“Bəhram Bağırzadə oturur, aktiv hərəkətlərə cəhd edir”

  08 İyul 2020    Oxunub : 2568
 “Bəhram Bağırzadə oturur, aktiv hərəkətlərə cəhd edir”
Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır.

Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.
Onun sözlərinə görə, B.Bağırzadənin huşu aydın, fəaldır: "Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur, aktiv hərəkətlərə cəhd edir. İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir".

Xatırladaq ki, Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Azvision.az

Teqlər: Bəhram-Bağırzadə