Bərdə və Zaqatalada ev yandı

Bərdə və Zaqatalada ev yandı
  08 İyul 2020    Oxunub:1836
Bərdə rayonunun Gərənə kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa, Zaqatala rayonunun Çobankol kəndində ümumi sahəsi 156 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti