Rusiya COVID-19 üçün dərman ixracına başlayıb

  06 İyul 2020    Oxunub : 3250
Rusiya COVID-19 üçün dərman ixracına başlayıb
Rusiya koronavirus infeksiyasının müalicəsində faydalı olan “Avifavir” preparatını ixrac etməyə başlayıb.
Azvision.az xəbər verir ki, dərman ilk olaraq Belarusa ixrac edilib. Yaxın vaxtlarda preparatın Qazaxıstana ixrac olunacağı bildirilir.

Məlumata görə, 50-dən çox ölkə “Avifavir”i əldə etmək niyyətindədir. Hazırda sözügedən dərmanın bir sıra Latın Amerikası ölkələrinə ixracı barədə danışıqlar aparılır.

Bundan əlavə, MDB və Yaxın Şərq ölkələri də onu almaqda maraqlıdırlar.

Azvision.az

Teqlər: Dərman   Koronavirus