Polis Ağsuda yas mərasimini dayandırdı

Polis Ağsuda yas mərasimini dayandırdı
  06 İyul 2020    Oxunub:2514
Ağsu Rayon Polis Şöbəsinə rayonun Ülgüc kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejimi qaydalarının pozulduğu aşkar edilib. Mərasim polis əməkdaşları tərəfindən dayandırılıb və orada olanlardan 10 nəfər Polis Şöbəsinə dəvət edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

Azvision.az


Teqlər: Ağsu   Yas   Cərimə  





Xəbər lenti