Nəsimi rayonu susuz qaldı

Nəsimi rayonu susuz qaldı
  06 İyul 2020    Oxunub:3210
Bakının Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar, rayonun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilib.

Məlumata görə, gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.

Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti