Yevlaxda karantin qaydalarını pozan çayxana aşkarlandı

Yevlaxda karantin qaydalarını pozan çayxana aşkarlandı
  06 İyul 2020    Oxunub:2713
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən çayxana aşkar olunub.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Azvision.az -a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 12 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti