Tərtər sakinini şantaj edib pul aldılar

Tərtər sakinini şantaj edib pul aldılar
  06 İyul 2020    Oxunub:3556
Tərtər sakinini sosial şəbəkədə rüsvay edəcəkləri ilə bağlı hədə-qorxu gələn şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir nəfər cari ilin yanvar ayından iyun ayınadək olan müddətdə həmyerlisi H.Əsədova və Goranboy rayon sakini K.Bayramovun onu sosial şəbəkədə rüsvay edəcəkləri ilə hədə-qorxu gəlib 500 manatını aldıqlarını bildirib.

Faktla əlaqədar Tərtər RPŞ-də Cinayət Məcəlləsininin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti