Həkim Bəhram Bağırzadənin son durumunu açıqladı

  06 İyul 2020    Oxunub : 2159
   Həkim Bəhram Bağırzadənin son durumunu açıqladı
Əməkdar artist Bəhran Bağırzadənin vəziyyəti ağır olaraq qalır.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, xəstənin tənəffüsü süni ventilyasiya aparatı vasitəsilədir:

“Huşu aydın, bədən hərarəti isə normadadır. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilib. Hazırda ilk plana ikincili bakterial infeskiya qoşulması ilə mübarizə çıxır. Bununla bağlı müvafiq təyinatlar dəyişikliklər aparılıb”.

Xatırladaq ki, Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Bəhram Bağırzadə bir neçə gün əvvəl komadan ayılıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Bəhram-Bağırzadə